Türkiyədə koronavirusa görə 70 min məhkum azadlığa buraxılır
Dünya
12:40 / 31.03.2020
3594
Türkiyədə koronavirusa görə minlərlə məhkum azadlığa buraxılacaq.
Sfera.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 70 min məhkumun cəzalarının 2 ayını evlərində çəkməsi planlaşdırılır.
Qərar terror, adam öldürmə, mütəşəkkil cinayət, təcavüz, narkotiklə bağlı məhkum olunanlara aid edilməyəcək.
Xatırladaq ki, Türkiyədə 10 827 nəfərdə koronavirus aşkarlanıb, 168 nəfər isə virus səbəbilə ölüb. (yeni sabah)