“Gecə yatanda deyirəm ki, bunun axırı necə olacaq?” – Nadir Qafarzadə + Video

“Gecə yatanda deyirəm ki, bunun axırı necə olacaq?” – Nadir Qafarzadə + Video

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq edilib və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyə olunub. Əhalini virusdan qorunmağa səsləyən, evdə qalmalarını məsləhət verənlər arasında məşhurlar da az deyil. 

Sfera.az xəbər verir ki, müğənni Nadir Qafarzadə də sosial şəbəkədən izləyicilərinə səslənib. O, xalqı birliyə səsləyib və bu çətinliyin müvəqqəti olduğuna inandırıb:

"Əziz dostlar, bilirəm çox çətindir. Doğurdan da çox çətin vəziyyətdir, situasiyanın bu qədər çətin olduğunu mən heç anlamazdım. Amma nə etmək olar, evdə oturmaq lazımdır. Doğmalarımızı, yaxınlarımızı qorumaq üçün biz evdə oturmalıyıq. Çətindir, bilirəm, iş-güc var, insanlar işlərindən qalıb, dolanmaq çətindir, amma buna baxmayaraq, çalışmalıyıq ki, müəyyən vaxt evdə qalaq. Bunun üçün dövlət başçımız da çoxlu işlər görür ki, biz evdə oturaq və sağlam olaq. Sağlam ölkəmizin olması üçün evdə qalmağımız mütləqdir. Deyəcəksiniz ki, "Hə, bəs nə yeyək, nə içək?”. Düşünürəm ki, tezliklə bu məsələ də həllini tapar. Allah köməyiniz olsun, bu bəla, çətinlik tezliklə bizdən uzaqlaşsın. İnanın, mən xalqı da düşünürəm, tək özümü yox. Gecə yatanda deyirəm ki, bunun axırı necə olacaq, camaatın dolanışığı necə olacaq? Amma nə edə bilərik ki? Hər halda çalışmalı, birlik əldə etməliyik və bu çətinlikdən sağlam çıxmalıyıq. Allah həkimlərimizin, polislərimizin, xalqımızın köməyi olsun. Müvəqqəti çətinlikdir. Sizi çox sevirəm”. 

Həmin görüntüləri təqdim edirik: (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...