ABŞ İrandan əl çəkmir – Tehranı yenə hədələdilər
Dünya
11:20 / 31.03.2020
4085
ABŞ tərəfindən İranın nüvə proqramına tətbiq olunan məhdudiyyət 60 gün uzadılıb.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Xarici İşlər Naziri Morqan Ortaqus yazılı açıqlama verib.
Nazir İranın nüvə fəaliyyətini davam etdirdiyini və bunun qəbuledilməz olduğunu deyib: "Rejimin nüvə təkidi sülh və təhlükəsizliyə qarşı ən böyük təhdidlərdən biridir. Prezident Donald Trampın da ilin əvvəlində dediyi kimi İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək". (yeni sabah)