Netanyahunun məsləhətçisi koronavirusa yoluxdu
Dünya
13:15 / 30.03.2020
2822
İsrailin Baş naziri Benyamin Netanyahunun ultraortodoksal icmasının işləri üzrə köməkçisi Rivka Palux koronavirusa yoluxub.
Virtualaz.org İsrail KİV-inə istinadən bildirir ki, 64 yaşlı Palux əri bu diaqnozla xəstəxanaya yerləşdirildikdən sonra özü də müayinədən keçmək məcburiyyətində qalıb.
Məlumatlarda həmçinin bildirilir ki, köməkçi cümə axşamı hökumət başçısı ilə də ünsiyyətdə olub, ancaq Netanyahu administrasiyası onların görüşü zamanı lazımi məsafənin qorunduğunu vurğulayıb.
O da qeyd olunur ki, Netanyahu Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq 14 gün karantində qalmalı ola bilər.