Azərbaycanın bu rayonlarında koronavirus yoxdur – RƏSMƏN TƏSDİQLƏNDİ

Azərbaycanın bu rayonlarında koronavirus yoxdur – RƏSMƏN TƏSDİQLƏNDİ
 Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb. 

Sfera.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn İsgəndərov bildirib.

H.İsgəndərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur:

"Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın hər yerində, Naxçıvanda, Şərurda, Ordubaddakı bütün təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər”.

Nazirlik rəsmisi qeyd edib ki, karantin üçün Qarxun kəndində xəstəxana ayrılıb:

"Amma ümumilikdə yoluxma yoxdur”.

H.İsgəndərov deyib ki, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və s. kimi qurumların əməkdaşları çalışmır: "Biz isə gücləndirilmiş iş rejimində çalışırıq”.

OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....