Rusiyalı alimlər koronavirus əleyhinə dərman təqdim etdilər

Rusiyalı alimlər koronavirus əleyhinə dərman təqdim etdilər
Rusiya Federal Tibbi-Biologiya Agentliyinin (RFTBA) malyariya əleyhinə istifadə edilən mefloxin dərmanına əsaslanan koronavirus infeksiyasının müalicəsi üçün bir dərman təqdim etdiyini bildirir.
 
Sfera.az xəbər verir ki, Bu barədə RFTBA mətbuat xidmətindən "RİA Novosti”-ə verilən məlumatda deyilir. Ağentlik "farmzaşita” tədqiqat və istehsal mərkəzinin Çin və Fransa təcrübəsini nəzərə alaraq bir müalicə rejimi hazırladığını bildirib.
 
"Yüksək seçmə qabiliyyəti olan dərman, koronavirusun hüceyrəyə sitopatik təsir etməsinə maneə törədir və onun çoxalmasının qarşısını alır. Mefloxinin immunosupressiv təsiri isə virusun yaratdığı iltihab reaksiyasının aktivləşməsinə mane olur”, – deyə Rusiya Federal Tibbi-Biologiya Agentliyinin rəhbəri Veronika Skvortsova bildirib.
 
Onun sözlərinə görə, bu, müxtəlif ağırlıqda COVID-19 xəstələrinin effektiv müalicəsini təmin edəcəkdir.
 
Mətbuat xidməti əlavə edir ki, mefloxin əsasında koronavirusun qarşısının alınması üçün effektiv və təhlükəsiz bir sxem hazırlanır. 
 
Orxan
Sfera.az

OXŞAR XƏBƏRLƏR