Sensasion xəbər: Çin koronavirusa qarşı vaksini insanlar üzərində tətbiq etdi!

Sensasion xəbər: Çin koronavirusa qarşı vaksini insanlar üzərində tətbiq etdi!
Çin Xalq Respublikasının (ÇXR) Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin sərəncamına əsasən Pekində əhalinin profilaktik vaksinasiyası üzrə işlər tam həcmdə bərpa edilib, vaksin istehsalçıları istehsalı bərpa ediblər.

Milli.Az bildirir ki, bu barədə Turan Sinxua agentliyinə istinadən məlumat yayıb.

Lakin söhbətin hansı profilaktik vaksinasiyanın bərpasından getdiyi və ilk vaksinasiyanın nə zaman olduğu -pandemiya başlamazdan öncə, yoxsa yayıldığı an - dəqiqləşdirilmir.

Məlumdur ki, yanvar ayında vaksin hazırlanıb və heyvanlar üzərində sınaqdan keçirilib. İş zamanı Ebola virusuna qarşı peyvəndin yaradılması təcrübəsi nəzərə alınıb. Martın ikinci yarısında insanlar üzərində sınaqdan keçirilməsinə başlanılıb. Layihə iştirakçıları peyvənd zamanı virusa yoluxublar. Onlara antitel tətbiq edilib, bundan sonra könüllülər üzərində nəzarət təyin edilib, məqsəd həmin insanların virusa qarşı immunitet qazanıb-qazanmadığını müəyyən etmək olub.

Testlərin aparılması üçün hər biri 18 yaşdan 60 yaşa qədər 36 nəfərdən ibarət üç qrup yaradılıb. Onların hamısı Uhan şəhərindən olub. Onlar iki həftə karantinə alınıblar, sonra yarım il ərzində həkimlər onların vücudunun bu maddəyə necə reaksiya verdiyini izləməyi planlaşdırırlar.

Milli Səhiyyə Komissiyasının nümayəndəsi və İctimai İnformasiya Departamentinin direktor müavini Mi Fen martın 28-də mətbuat konfransında bildirib ki, martın 27-də Çində 54 yeni hal təsdiqlənib və bunların hamısı xaricdən gəlib. Sintszyanın 20 əyalət, istehsalat və tikinti korpusunda 20 gündən çox müddətdə, 14 gündən çox müddətdə isə digər başqa 6 əyalətdə yeni təsdiqlənmiş hal qeydə alınmayıb.

Hələ fevralın əvvəlində Çindəki məlumatlı mənbə Turan-a bildirmişdi ki, ölkədə koronavirus pandemiyası aprelin ortalarına qədər praktik olaraq həll ediləcək. Nəticələr göstərir ki, hər şey buna doğru gedir. 

OXŞAR XƏBƏRLƏR