Hər vətəndaşa 2000 manat veriləcək - Qanun imzalandı
ABŞ Prezidenti Donald Tramp koronavirus səbəbi ilə yeni qanun imzalayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qanun daha əvvəl ABŞ Nümayəndələr Palatasının dəstəyini almışdı. Daha sonra Ağ Evlə bir neçə günlük razılaşmadan sonra, bu sənəd ABŞ Senatı tərəfindən təsdiqləndi. Tramp ABŞ iqtisadiyyatına iki trilyon dollar məbləğində maliyyə dəstəyi ayırıb.
Məlumata görə, maliyyə yardımı paketi ABŞ tarixində ən böyük iqtisadi dəstək tədbiri hesab olunur.
Qanun layihəsinə görə, xüsusilə il ərzində 75 min dollara qədər gəliri olan amerikalılara 1200 ABŞ dolları məbləğində nağd ödəmələr, 367 milyard dollar məbləğində kiçik sahibkarlığa dəstək proqramının yaradılması, habelə müxtəlif sənayelərin maliyyələşdirilməsi, şəhər və ştatlara dəstək üçün 500 milyard dollar ayrılması nəzərdə tutulur. (yeni sabah)