Bakıda rayon nömrəli maşınları idarə etməyin - DYP-dən XƏBƏRDARLIQ

Bakıda rayon nömrəli maşınları idarə etməyin - DYP-dən XƏBƏRDARLIQ

Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol polisi ölkədə elan edilmiş karantin rejimini nəzərə alaraq yayılma ehtimalı olan virusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir: "Bunu nəzərə alaraq, hər bir hərəkət iştirakçısını "Evdə qal!” kampaniyasına qoşumağa dəvət edirik. Bununla siz özünüzün, yaxınlarınızın və ətrafda olanların sağlamlığının qeydinə qalmış olacaqsınız. Eyni zamanda, şəxsi avtomobillərdən istifadə edilməməsi və "Evdə qal!” kampaniyasına qoşulmaq yol-nəqliyyat hadisələrinin, eləcə də yol hərəkəti qaydalarının pozulmasının azalmasına zəmin yaradır. Beləliklə də, xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrinin, küçə və yollarda gigiyenik tələbləri yerinə yetirən şəxslərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş olur.

Sürücülərdən, xüsusən də hazırda paytaxtda bölgə qeydiyyatında olan dövlət nömrə nişanlı nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş olunur ki, lüzumsuz olaraq yola çıxıb karantin qaydalarını pozmasınlar.

Əlavə olaraq bir daha bildiririk ki, karantin tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı, xüsusən də sürücülər bu tələblərin yerinə yetirilməsini anlayışla qəbul edəcəklər".


OXŞAR XƏBƏRLƏR

"Ermənistan Azərbaycanla özəl şirkət yaradacaq" - Paşinyan

"Ermənistan Azərbaycanla sülh müqaviləsi çərçivəsində nəqliyyat kommunikasiyalarının və müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi üçün özəl i...

Ata-anasını söydü, 5 sutkalıq həbs edildi

Cəlilabadda xuliqanlıq edən şəxs həbs edilib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində baş verib. Kənd sakini 1980-ci il təvəllüd...

Ailələrin istehlak xərci 2500 manata çatıb - Hesablama

Azərbaycan əhalisinin 2025-ci ilin birinci yarısında istehlak məqsədilə xərclədiyi vəsaitlərin məbləğində artım davam edib. Artımdan sonra orta statistik b...

Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşdü

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə gör...

"İrəvanla Bakı sülh sazişini paraflaya bilər"

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakının sülh sazişini imzalamazdan əvvəl paraflaya biləcəyini bildirib.    Sfera.az xəbər verir ...

Ailəsinin 3 üzvünün ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirləndirilən Vilayət Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prose...