AFFA-dan hakimlər üçün video dərslər

AFFA-dan hakimlər üçün video dərslər
 

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hakimlər üçün qrup halında məşğələlərin müvəqqəti ləğv olunması nəzərə alınaraq, onlayn şəkildə dərslərin keçirilməsinə start verilib.

 

Sfera.az xəbər verir ki, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın iştirakı ilə dərslər həftədə 1 dəfə olmaqla 2 ayrı-ayrı qruplara bölünmüş hakimlər üçün aparılır.

 

Onlayn dərslərdə beynəlxalq oyunlarda baş vermiş müəyyən situasiyalar müzakirə edilir, sorğu vasitəsi ilə hakimlərin cavabları öyrənilir, oyun qaydalarının düzgün yozumu və tətbiqi haqqında tövsiyələr verilir.


OXŞAR XƏBƏRLƏR