“Hələ 2 aprelə çıxaq...” – Federasiya rəhbəri koronavirusdan danışdı
İdman
12:46 / 27.03.2020
4872
Türkiyə Futbol Federasiyasının rəhbəri Nihat Özdəmir koronavirus pandemiyasına görə təxirə salınan Super Liqanın gələcəyi barədə açıqlama verib.
Sfera.az xəbər verir ki, federasiya rəsmisi çempionatın yenidən davam etməsinin ölkədəki mövcud durumdan asılı olduğu söyləyib:
"Türkiyədəki vəziyyətin yaxşı olmasını gözləyirik.Bizim hazırki istəyimiz liqanın başa çatdırılmasıdır. Hələ 2 aprelə çıxaq, sonra yeni qərar verərik. Elmi Komitənin tövsiyələrinə uyğun olaraq yenidən oturub şəraiti qiymətləndirəcəyik. Hazırda olmayan şeylər üzərində polemik və mübarizə mühiti yaratmaq düzgün deyil".
Qeyd edək ki, Türkiyə Super Liqasının oyunları qeyri-müəyyən vaxta qədər təxirə salınıb. (yeni sabah)