3 ildir komada olan Nuri ayıldı
İdman
11:35 / 27.03.2020
2873
2 il 8 aydır ki komada olan "Ayaks”ın futbolçusu Abdelhak Nuri ayılıb.
Sfera.az xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçinin qardaşı açıqlama verib. O bildirib ki, niderlandlı oyunçu yataqdan qalxa bilməsə də, özünə gəlib:
"Qardaşim artıq komada deyil, ayılıb. O asqırır, qaşları ilə bizə bəzi işarələr edir və yemək yeyir. Ancaq hələ ki, yataqdan qalxa bilmir” .
Qeyd edək ki, 2017-ci ilin iyulunda "Verder”lə yoxlama oyununda futbolçunun ürəyi tutub. Gənc oyunçu helikopterlə xəstəxanaya aparılıb. Onun beynində ciddi problem olduğu aşkarlanıb. Nəticədə o, komaya düşüb. (yeni sabah)