Smartfona bərabər saat artıq satışda

Smartfona bərabər saat artıq satışda

İndividiuallığı ilə öyünən və özünəməxsus stili ilə seçilən zaman ovçuları vaxtlarını daha ağıllı sərf etməyə üstünlük verirlər. Bu missiyanı həyata keçirmək üçün isə onlara hər zaman dəstək verən müasir texnoloji həllər mövcuddur. Onlar sırasında ən etibarlı və vacib aksesuarlardan biri də məhz ağıllı qol saatlarıdır.

Böyük texnoloji brendlərdən biri olan HONOR ağıllı saat bazarında öz mövqeyini gücləndirməyə davam edir. Bir çoxlarının rəğbətini qazanan Magic Watch smart saatlarının ardından istehsalçı funksionallığı və dizaynı ilə göz oxşayan Magic Watch 2 modelini bazara təqdim edib. 

Magic Watch 2 smart saatı xüsusiyyətləri, funksionallığı və dizaynı ilə smart saatlar bazarında ciddi rəqib hesab edilir. Belə ki, saat yüksək sürətli işi təmin edən və eyni zamanda enerji sərfiyyatını minimuma endirən yeni KIRIN A1 prosessoru ilə təchiz edilib. 14 günədək enerji saxlama imkanı ilə yanaşı, 4 GB yaddaş həcmi saatın performansını daha da genişləndirir. 

 

HONOR  Magic Watch 2 smart saatları vaxtı göstərməklə yanaşı, həm də şəkillərin köməyi ilə sizin individuallığınızı əks etdirir. Şəkilləriniz saatın yaddaşına həkk olunur və hər dəfə əlinizi hərəkət etdirib saata baxarkən xoş anlarınızı əks etdirən görüntülər bir-birini əvəz edir. Saatın ekranının hər dəfə işıqlanmasını gözləməyə isə ehtiyac yoxdur, AMOLED ekran istənilən zaman məlumatları göz önünə gətirir. 

Diametri 46 mm və 42 mm olmaqla, 4 fərqli dizaynda olan saatın korpusu aviasiya sənayesində geniş istifadə edilən paslanmayan yüksək keyfiyyətli poladdan hazırlanıb və mexaniki zədələrə qarşı dözümlüdür. Bu isə fəal həyat tərzi olan istifadəçilər üçün vacib xüsusiyyətdir. Addımlayarkən, qaçarkən və ya velosipedlə hərəkət edərkən ikili naviqasiya sisteminin köməyi ilə HONOR  Magic Watch 2 sürətinizi dəqiqliklə qeydə alır. Qaçış əlavəsini yükləməklə səsli dəstək funksiyası real vaxt ərzində məşqinizi nəzarətdə saxlamağa imkan verir. 

50 metr dərinlikdə suya davamlılığı bu saatı üzgüçülərin də seçiminə çevirir. Siz üzərkən HONOR  Magic Watch 2 məsafəni, kalorini, sürəti və nəbzi nəzarətdə saxlayır. İdmanı musiqisiz təsəvvür etməyənlər isə heç narahat olmasınlar. Saatı HONOR Sport Pro qulaqlıqlar ilə əlaqələndirərək istədiyiniz musiqini smartfondan istifadə etmədən biləyinizdəki HONOR  Magic Watch 2 ilə idarə edə biləcəksiniz. Telefonunuza gələn zəngləri saatla cavablandırmaq isə bir toxunuş qədər asandır. 

Bundan əlavə HUAWEI TruSleep2.0 texnologiyasına sahib olan bu cihaz yuxu rejiminizi təqib edərək, sizə yuxu keyfiyyətinin artırılması üçün fərqli təkliflər verir. Stres səviyyənizi ölçən saat hətta yüksək stres vəziyətlərində belə sizə sakitləşdirici idman hərəkətləri tövsiyə edir. Bir sözlə, sizə özəl innovasiya vəd edən HONOR  Magic Watch 2 smart saatlarının özəllikləri tükənmək bilmir.

Artıq Azərbaycan bazarında satışa çıxarılan HONOR Magic Watch 2 smart saatları İrşad electronics mağazalarının vitrinlərində öz yerini alıb. Saata sahib olmaq istəyən hər kəs tək mağazalardan deyil, eyni zamanda sayt vasitəsilə onu onlayn sifariş edərək, ilkin ödənişsiz, faizsiz və komissiyasız hissəli ödəniş şərti ilə əldə edə bilər.

İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir. Şirkət HONOR brendinin Azərbaycanda eksklüziv distribüteridir. (APA)


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...