“Böyüklərimizi qoruyaq!” adlı aksiya uğurla davam etdirilir

“Böyüklərimizi qoruyaq!” adlı aksiya uğurla davam etdirilir
 Abşeron rayonu ərazisində həyata keçirilən "Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə "könüllü qərargahı” yaradılıb.
 
Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. Könüllülərin və "Azərmaş” ASC-nin yaxından dəstəyi ilə həyata keçirilən aksiya zamanı vətəndaşlara öz evlərində ödənişsiz sosial xidmətlər göstərilib. 

Belə ki, bu gün qərargaha 8 çağırış edilib. Onlardan Quliyeva Yaqut Mamed qızı (88 yaş, Xırdalan şəhəri) çörək və dərman vasitələri ilə təmin edilib. Abbasov Rafiq Bəylər oğlu (Xırdalan şəhəri) isə pensiya kartından vəsaitin çıxarılmasını istəyib.  Tağıyev Novruz Kazım oğlu (73 yaş, Mehdiabad qəsəbəsi), Əliyeva Sədaqət Dadaş qızı (Mehdiabad qəsəbəsi), Bağırova Lətafət Səməd qızı (Mehdiabad qəsəbəsi), Abbasova Olya alı qızı (Mehdiabad qəsəbəsi), Hətəmova Hafizə Qubad qızı (Mehdiabad qəsəbəsi), Quliyev Bəxtiyar  Paşa qızı (Görədil kəndi) isə ərzaq məhsulları və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib.

Məlumat üçün bildirək ki, "Böyüklərimizi qoruyaq!” sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənha Sosial xidmətçi və Təhsil Nazirliyinin Bir Könüllü proqramının tələbə-könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidmətindən istifadə olunur.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)

#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü

OXŞAR XƏBƏRLƏR

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəs...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...

Prezidenti Xankəndidə Sultan Əhməd Əl-Cabiri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl...

Milli Məclisin sədrindən deputata: "Zarafatınız yaraşmadı..."

"Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaş alanda onlardır".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilın  növ...