Koronavirusdan ölən qızın ürək dağlayan paylaşımı - FOTO

Koronavirusdan ölən qızın ürək dağlayan paylaşımı - FOTO
 

Türkiyədə koronavirusdan ölən 33 yaşlı Dilək Tahtalının sözləri epidemiyanın nə qədər təhlükəli olduğunu bir daha təsdiqləyib.

Sondakika.com xəbər verir ki, D.Tahtalı İstanbulda özəl xəstəxanaların birinin qeydiyyat şöbəsində işləyib.

Kiçik yaşlarından xərçənglə mübarizə aparan Tahtalı martın 10-da yüksək hərarət və halsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edib. Həkimlər onun həyatını xilas edə bilməyiblər

 

Ailə qurmayan və evin tək övladı olan Tahtalının sosial mediada paylaşımları ürək dağlayır:

"Baş ağrısı, halsızlıq, axşam başlayıb bütün gecə insanı yatmağa qoymayan öskürək... Temperaturum düş, yaxamı burax! Hər dəqiqə sirkə-aspirinli su, ilıq duş, buz kimi havada eyvana çıxmaqdan huşumu itirəcəm”.

Qeyd edək ki, Tahtalı CHP-li sabiq millət vəkili Ramiz Topalın qohumudur.


OXŞAR XƏBƏRLƏR