Türkiyədə daha 15 nəfər koronavirusdan öldü
Dünya
01:09 / 26.03.2020
12759
Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.
Sfera.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb. Nazir bildirib ki, son sutka ərzində 5035 test aparılıb, onlardan 561-nin nəticəsi pozitiv çıxıb.
Qeyd edək ki, bununla da Türkiyədə sözügedən virusdan ölənlərin sayı 59-a çatıb. Ölkədə aktiv koronavirus xəstələrinin sayı isə 2433 nəfərdir.