Koronavirusla əlaqədar Ukraynada karantin müddəti aprelin 24-dək uzadılıb

Koronavirusla əlaqədar Ukraynada karantin müddəti aprelin 24-dək uzadılıb

Yeni koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Ukraynada aprelin 3-də bitməli olan karantin müddəti aprelin 24-dək uzadılıb.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bundan başqa, Nazirlər Kabineti bu gün ölkənin bütün ərazisində fövqəladə situasiya elan edəcək.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin bu gün keçirilən iclasında bildirib. D. Smıqal onu da deyib ki, fövqəladə situasiya ilə fövqəladə vəziyyət fərqli anlayışlardır.
Qeyd edək ki, Ukraynada koronavirusa yoluxanların sayı 113-ə çatıb, son 24 saatda 13 yoluxma faktı qeydə alınıb. Bu günədək virusa yoluxan 3 nəfər vəfat edib.

OXŞAR XƏBƏRLƏR