İspaniya koronavirusdan ölənlərin sayına görə Çini keçdi
Dünya
16:20 / 25.03.2020
8386
İndiyə qədər İspaniyada 47 min 610 nəfər yeni tip koronavirusa (COVİ-19) yoluxub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb. İspaniyada son sutka ərzində 7 937 nəfər koronavirusa yoluxub, 738 nəfər ölüb. Ümumilikdə virusa yoluxanlardan 3 434 nəfəri ölüb, 5 367-si sağalıb. Beləliklə, koronavirusdan ölənlərin sayına görə İspaniya Çini geridə qoyub.
Ən çox virusa yoluxma isə İspaniyanın Madrid muxtar bölgəsində qeydə alınıb. Burada 14 597 nəfər koronavirusa yoluxub.
Xatırladaq ki, İspaniyada koronavirusa ilk yoluxma halı yanvarın 31-də qeydə alınıb.