Nar yeşiklərindən 1 ton heroin çıxdı

Nar yeşiklərindən 1 ton heroin çıxdı

Yasamal Rayon Məhkəməsində İrandan Azərbaycana 1 ton heroin keçirmək istəyən şəxsin məhkəməsi baş tutub

 

 

Sfera.az-ın yeni sabah-a istinadla məlumatına görə, Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələri saxlama və qaçaqmalçılıq maddələri ilə təqsiləndirilən Hüseynov Ramiz Hacıəli oğlunun həbs qətimkan tədbirin uzadılması ilə bağlı məhkəmə yekun akt çıxarıb. Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində R.Hüseynovun həbs müddəti uzadılıb. 

Xatırladaq ki, ötən ilin noyabr ayında Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Ukrayna Respublikasına "Volvo” markalı 42BP450/42ZA122 dövlət qeydiyyat nişanlı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının "Ensıye Izadkhah By Order Navıd Khan Mohammadı Commercıal” şirkətindən Ukrayna Respublikasında fəaliyyət göstərən "Bayramlar LTD” şirkətinə "kivi və nar” meyvə yükü apardığı məlum olub. Yükə baxış keçirən gömrükçülər Azərbaycan Respublikası vətəndaşı Hüseynov Ramiz Hacıəli oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı 26 paletdə, 1152 ədədində kivi və 1550 ədədində nar olmaqla, ümumilikdə 2702 ədəd standart ölçülü plastik yeşiklərdə qablaşdırılan meyvə yükü olduğunu müəyyən edib. Kivi yükü olan 8 paletdəki 768 yeşikdən 471 ədədində kivilərdən "örtücü mal” kimi istifadə edilməklə gizlədilən, kivilərin qablaşdırılmasında istifadə olunan sarı kağızlara bükülmüş vəziyyətdə 1884 ədəd dördkünc formalı bağlamalar aşkar olunub. Şəffaf və sarı yapışqanlı lentlə sarınmış bağlamalarda ümumilikdə qablaşdırırılması ilə birlikdə 933 kq 115 qram çəkidə açıq qəhvəyi rəngli, narkotik vasitə-heroin olduğu müəyyən edilib. 


OXŞAR XƏBƏRLƏR

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...