“Panikaya düşməyin, yaxşıyam” - Fatih Terim danışdı
İdman
14:07 / 25.03.2020
3151
"Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terimdən xəbər var.
Sfera.az xəbər verir ki, usta məşqçi müalicəsinin yaxşı getdiyini bildirib: "Panikaya düşməyə, əndişələnməyə ehtiyac yoxdur. Özümü çox yaxşı hiss edirəm”.
Fatih Terim futbolçularına da səslənib: "Özünüzün, ailə üzvlərinizin qeydinə qalın. Kənar şəxslərlə əlaqəni kəsin, evdən bayıra çıxmayın. Mənə görə isə məyus olmayın. Hər şey yaxşı olacaq”. (yeni sabah)