Gürcüstan XİN Azərbaycana təşəkkür etdi

Dünya
13:15 / 24.03.2020
6475
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.
Sfera.az xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib. Paylaşımda bildirilir:
"Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma prezident seçkilərini qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik".