Bakıda dünya çempionatı təxirə salınıb

Bakıda dünya çempionatı təxirə salınıb

Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb.

 

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Beynəlxalq Gimnastika Federasiyası (FİG) açıqlayıb.

Qeyd olunur ki, mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da təxirə düşüb. 

Bildirilir ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında yarışın keçirilməsi tarixi ilə bağlı uyğun variant barədə müzakirələr aparılır.


OXŞAR XƏBƏRLƏR