ABŞ-ın vitse-prezidenti və xanımı koronavirus testindən keçəcəklər
Dünya
23:05 / 21.03.2020
5686
ABŞ-ın vitse-prezidenti Maykl Pens və onun xanımı koronavirus testindən keçmək niyyətindədir.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Maykl Pens Ağ Evdəki mətbuat konfransında bildirib.
Vitse-prezident qeyd edib ki, daha əvvəl onun aparatının əməkdaşlarından biri koronavirusa yoluxub. "Biz bu barədə dünən gecə yarı bildik”, - Pens deyib.
"Mən xəbər verməyə şadam ki, o (aparatın əməkdaşı) özünü yaxşı hiss edir, onda təxminən yarım gün ərzində zəif ifadə olunan simptomlar var idi, hansılar ki, soyuqdəymə vaxtı olurlar. O bazar ertəsindən Ağ Evdə deyildi. Nə prezident (Donald Tramp), nə mən bu əməkdaşla birbaşa təmasda olmuşuq", - əlavə edib. (report)