Expressbank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırır

Expressbank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırır
 Expressbank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırır.

Bu gün xalqımız həmişə olduğundan da artıq birlik nümayiş etdirir. Yaşlı nəsilə qayğı, bir-birinə dəstək, səbr və təmkinlilik bu günlərdə bizdən tələb olunan və amansız xəstəliklə mübarizə üçün ən əsas vasitəyə çevrilmişdir.

Korporativ sosial məsuliyyət çərçivəsində daim müxtəlif tədbir və xeyriyyə aksiyaları ilə seçilən Expressbank bu dəfə də xalqımıza dəstək məqsədi ilə ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüsə qoşulur.

Belə ki, Expressbank tərəfindən 150 000 AZN məbləğində vəsaitin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsinə qərar verilmişdir. Sözü gedən Fond Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.
 
Həmçinin, Expressbank ölkədə yaranmış karantin rejimini nəzərə alaraq, hazırda müştərilərə bank xidmətlərindən onlayn rejimdə faydalanmağa tövsiyə edir.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında daha ətraflı məlumat üçün www.expressbank.az saytına daxil ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...