Dünənki qərardan sonra təhsil sistemində nələr olacaq?

Dünənki qərardan sonra təhsil sistemində nələr olacaq?

Təhsil eksperti Kamran Əsədov Nazirlər Kabineti tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərarın təhsil sisteminə aid olan hissəsini şərh edib.

"Qafqazinfo” xəbər verir ki, ekspertin sözlərinə görə, "qərar Təhsil Nazirliyinin dövlət qulluqçularına şamil edilir” kimi ayrıca bənd yoxdur deyə, bu, bütün dövlət təhsil sistemində çalışanlara şamil olunur:

"Çünki qərarda qeyd olunur ki, "bu dövlət orqanları və onların tabeliyində olan qurumların əməkdaşları”, yəni universitet və orta məktəblər də Təhsil Nazirliyinin qurumudur, orada çalışanlar da Təhsil Nazirliyinə tabe olan qurumun əməkdaşıdır. Deməli, Təhsil Nazirliyi 29 aprelə qədər məzuniyyətə göndərildiyi üçün bütün dövlət təhsil müəssisələri də 20 aprel yox, 30 apreldə işə başlayacaq. Amma özəl təhsil müəssisələri 21 apreldən işə başlaya bilər.

 

Bundan əlavə, məzuniyyət pulu ayrıdır, əmək haqqı ayrı. Məzuniyyətdə işləmədiyin halda ödəniş alırsan. Normal vaxtlarda işləyib əmək haqqı alırsan. Burda da deyir ki, məzuniyyətə göndərilirsiniz, ancaq məzuniyyət ödənişi almayacaqsız. Əmək haqqınızı alacaqsınız. Lakin bunun tədris ili başa çatandan sonrakı 56 günlük ödənişli məzuniyyətə dəxli yoxdur. Bu, məcburi məzuniyyətdir. Bütün hallarda sizin 56 günlük ödənişli yay məzuniyyətiniz qüvvədə qalır.

Bu qərar yalnız dövlət təhsil müəssisələrinə şamil olunur. Özəl sektor nizamnaməsinə uyğun olaraq addım artmaqda sərbəstdir. Yəni, əməkdaşlarını məzuniyyətə göndərib - göndərməmək öz işidir. Lakin karantin rejimi qaydalarına əməl etməlidirlər.

"Müəllimlər dövlət qulluqçusu deyil deyə bu qərar onlara şamil olunmur” fikri yanlışdır. Ona görə ki, (a) Təhsil nazirliyi və onun orqanları - BŞTİ, RTŞ və digərləri məzuniyyətə olduğu halda onun aşağı qurumları, məktəblər, peşə və orta ixtisas təhsili müəssisələri, universitetlər işləyə bilməz.

(b) Əmək haqqlarının təhsil sistemində ödənilməsi ilə bağlı problem və məhdudiyyət nəzərdə tutulmur. Yəni hər kəs aylıq əmək haqqını tam şəkildə alacaq. Bu həm müəllimlər, həmdə digər texniki və yardımçı vəzifələrdə çalışan işçilərə şamil olunur.

Bütün bunlardan sonra dərslərin nə vaxt başlayacağı, yay aylarında dərsin olub-olmaması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Bütün fikirlər yalnız təklif və ya istəkdir.

Amma bütün hallarda əmin olun ki, dövlət vətəndaş üçün ən uyğun olanı edəcək”.


OXŞAR XƏBƏRLƏR

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...