Asim Mollazadə: “Onlar xalqın mənafeyinə zərbə vururlar”

Asim Mollazadə: “Onlar xalqın mənafeyinə zərbə vururlar”
 Koronavirus infeksiyasının dünyada sürətlə yayılması təkcə dövlət qurumlarının deyil, siyasi partiyaların, ictimai təşkilatların da fəaliyyətində ciddi dəyişikliklərə səbəb olub. Artıq bir neçə siyasi partiya iclasları təxirə salıb, üzvlərin qərargahda toplaşmasına məhdudiyyətlər tətbiq edib. Azərbaycan Demokratik İslahatlar Partiyasısı (ADİP) da koronavirusla əlaqədar olaraq, öz fəaliyyətini məhdudlaşdırıb.

ADİP sədri, Milli Məclisin deputatı Asim Mollazadə Yenisabah.az saytına müsahibəsində həm koronavirus təhlükəsindən, həm də gündəmdəki digər məsələlərdən danışıb:

- Partiya iclaslarını təxirə salmışıq. Çünki hazırda bu pandemiyadan qorunmağın ən yaxşı yolu karantin və izoliyasiyadır. Bütün kütləvi tədbirlərin vaxtını dəyişmişik. Bu virusla mübarizədə özfəaliyyətə yol vermək olmaz. Partiya üzvlərimizin sağlamlığı bizim üçün daha vacibdir.

- Azərbaycanda koronavirusdan qorunmaq üçün görülən işləri necə qiymətləndirirsiniz? Hökumətin səylərini qənaətbəxş saymaq olarmı?
- Azərbaycan hökuməti virusun geniş yayılmasını önləmək üçün təxirəsalınmaz tədbirlər görür. Dünən ölkəyə 200-ə yaxın süni nəfəsalma cihazı gətirilib. Bununla yanaşı, zəruri tibbi ləvazimatlar da gətirilib. Çox təhlükəli dövrdə yaşayırıq. Düşünürəm ki, görülən tədbirlər qənaətbəxşdir. Müvafiq dövlət qurumu artıq bu istiqamətdə olan bütün prosesi öz üzərinə götürüb. Bu prosesdə iştirak edən hər bir Azərbaycan həkimi, hüquq-mühafizə orqanlarının əməkdaşları alqışlanmalıdır. Vəziyyət çox ağırdır. Bu vəziyyətdən hamımız birgə çıxmalıyıq. 

- Azərbaycan cəmiyyətinin koronavirusla mübarizədə göstərdiyi səyləri necə qiymətləndirirsiniz? İnsanlar öz saölamlıqlarının qeydinə yetərincə qala bilirlərmi?
- Dünyadakı pandemiya böyük təhlükə vəd edir. Ona görə də Azərbaycan xalqı səfərbər olmalıdır. Hamə nizam-intizama əməl etməlidir. Hər kəs özünü qorumalıdır. Ən əsas üsullardan biri vətəndaşın məsuliyyətli davranışıdır. Tövsiyə edilən qaydalara riayət etmək şərtdir. Bu pandemiyaya ciddi yanaşmaq lazımdır. Biz hər bir vətəndaşımızı qorumaq üçün zəruri addımlar atmalıyıq. Çünki təhlükəsizlik ən önəmli məsələdir. 

- Asim bəy, siz özünüz virusdan necə qorunursunuz? Həyat tərzində hansı dəyişikliklər etmisiniz?
- Mən həkiməm. Sanitar-gigiyena qaydalarına həmişə riayət edirəm. Dəfələrlə əlləri yumaq, müxtəlif anti-bakterial maddələrlə dezinfeksiya işləri aparmaq lazımdır. Ən önəmli məsələ isə, kütləvi yerlərdə olmamaqdır. Bu da dəfələrlə müvafiq dövlət qurumları tərəfindən hər bir vətəndaşın diqqətinə çatdırılıb. Çalışıram ki, texnoloji usullardan istifadə edim. Bir məsələni həll etmək üçün telefondan istifadə etmək indiki məqamda daha düzgün olardı. Maksimum canlı ünsiyyətdən yayınmağa çalışıram.

- Virusla bağlı cəmiyyətdə təşviş yaradan, insanları panikaya salan adamlara nə tövsiyə edərdiniz?
- Mənə elə gəlir ki, panikaya ehtiyac yoxdur. Çox istərdim ki, hər bir vətəndaş məhz rəsmi məlumatlara inansın. Çünki müvafiq qurumlar açıq və şəffaf şəkildə cəmiyyəti məlumatlandırır. Hansısa panika yaradan, bu vəziyyətdən öz siyasi və digər maraqları üçün istifadə etmək istəyənlər Azərbaycan xalqının mənafeyinə zərbə vururlar. Məsuliyyətli olmaq lazımdır. Bu təhlükəni birlikdə dəf etməliyik.

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...