ABŞ hökuməti ermənilərə ayrılan maliyyə yardımını dayandırdı

ABŞ hökuməti ermənilərə ayrılan maliyyə yardımını dayandırdı
 ABŞ hökuməti Dağlıq Qarabağdakı erməni separatçılarına mina təmizlənməsi fəaliyyətləri üçün ayırdığı yardımı tamamilə dayandırıb.

Sfera.az xəbər verir ki, Vaşinqtonda yerləşən "Caspian Policy Center”dən verilən məlumata görə, ABŞ bu yardımları 1999-cu ildən ayırırdı. Lakin bu ildən etibarən buna son qoyulub. ABŞ-ın "USAID” təşkilatı tərəfindən Qarabağda mina təmizlənməsi məqsədi ilə Britaniya mərkəzli "HALO Trust” fonduna ayrılan və oradan da qondarma respublikaya yönləndirilən bu yardım, yeni ABŞ administrasiyası tərəfindən məqsədəuyğun sayılmayıb. "USAID” bildirib ki, artıq bu vəsaitlərin ayrılmasına ehtiyac yoxdur.

"USAID” fəaliyyətini daha çox Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına kömək etməyə və Ermənistanda şəffaflığın artırılmasına yönəldəcək. Digər tərəfdən ABŞ hökuməti son iki ildə Azərbaycanın təhlükəsizlik qabiliyyətinin artırılması üçün 100 milyon dollardan çox vəsait ayırıb. Əlbəttə, bu məsələ Ermənistan hökumətinin və ABŞ-da xeyli gücü olan erməni lobbisinin ciddi etirazına səbəb olmaqdadır.

Erməni lobbisinin təzyiqi ilə 89 konqresmenin imzası əsasında ABŞ hökumətinə məktub göndərilərək "Dağlıq Qarabağ”a yardımın kəsilməməsi və tam tərsinə artırılması tələbi qoyulub.

Hələ ki, bu təzyiqlər ABŞ hökuməti nəzdində hər hansı bir dəyişikliyə səbəb olmayıb. Lakin erməni tərəfi istədiyi nəticəni almaq üçün lobbinin əlində olan bütün imkanları və resursları səfərbər edib. (mediapost.az)


OXŞAR XƏBƏRLƏR

İcra başçısının oğlunun Tiktok paylaşımları müzakirə yaratdı - VİDEO

Ərzurum merinin oğlunun paylaşımı müzakirələrə səbəb olub.   Sfera.az Milli.Az-a istinadla xəbər verir ki, Ərzurum meri Mustafa Çiftçinin oğlu T...

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Temperatur 4-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.   Sfera.az xəbər v...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...