29-u dərslər başlayır - Tələbələr Bakıya necə qayıdacaq? - AÇIQLAMA
16:14 / 18.03.2020
8224
Nazirlər Kabineti yanında operativ qərargah martın 19-da saat 00.00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının martın 29-dək dayandırıldığını açıqlayıb.
Koronavirusa görə respublikanın bütün təhsil müəssisələrində təxirə salınan dərslərin mart 29-u başlaması tələbələr arasında sual yaradıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan "MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, dərslər başlayana qədər bu haqda ətraflı məlumat veriləcək.