ABŞ koronavirusa görə hər vətəndaşına min dollar ödəyir, bəs Azərbaycan? – Deputatdan AÇIQLAMA

ABŞ koronavirusa görə hər vətəndaşına min dollar ödəyir, bəs Azərbaycan? – Deputatdan AÇIQLAMA

"Faktiki olaraq, Azərbaycan dövləti koronavirusla mübarizədə hər vətəndaş üçün həmin vəsaiti xərcləyir”.


Sfera.az-a açıqlamasında bu sözləri ABŞ-ın təhlükəli virusla mübarizə çərçivəsində hər bir vətəndaşına min dollar ödəməsi fonunda, anoloji addımın Azərbaycan dövləti tərəfindən də atılması vacibliyinə münasibət bildirərkən Milli Məclisin deputatı Eman Nəsirov deyib: "Azərbaycan koronavirusun qarşısını almaq istiqamətində ciddi addımlar atır, ciddi karantin tədbirləri həyata keçirir. Bu tədbirlərin də əsas məqsədi Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu istiqamətdə ölkəmizin fəaliyyətini yüksək qiymətləndirib”.


Deputat onu da təklif etdi ki, ABŞ yalnız öz vətəndaşlarına deyil, bir fövqəldövlət olaraq virusdan əziyyət çəkən digər ölkələrə də maliyyə dəstəyi göstərsin: "ABŞ-ın koronavirusa görə hər bir vətəndaşına min dollar həcmində birbaşa nağd ödəniş etməsinə gəldikdə, bu ölkə dünyanın fövqəldövlətidir, ən böyük iqtisadiyyata malikdir, 15 trilyon dollarlıq ümumi daxili məhsulu var. Hesab edirəm ki, virusla mübarizədə ABŞ-ın ən böyük töhfəsi həmin geniş maliyyə imkanlarından istifadə edib, təkcə özünə deyil, ümumi bəlaya qarşı mübarizə prosesində dünyanın digər dövlətlərinə də maliyyə dəstəyi göstərməsi ola bilərdi.Bəşəri sınaq qarşısında tək ABŞ-ı koronavirusdan izolyasiya etməklə həmin bəlaya qalib gəlmək mümkün deyil”.

 

E. Nəsirova görə Azərbaycan təhlükəyə qarşı mübarizədə atdığı ciddi addımlarla vətəndaşlarımıza faktiki olaraq həmin vəsaiti ayırıb: "Azərbaycan virusun geniş yayıldığı İranla qonşudur. Deməli, ölkəmiz üçün təhlükə daha böyükdür. Bu baxımdanhesab edirəm ki, ABŞ həmin reallığı nəzərə ala bilər. Faktiki olaraq Azərbaycanın virusla mübarizədə vaxtında atdığı ciddi addımlarda məqsədi hər bir ölkə vətəndaşını bəladan qorumaqdır. Bunlar da böyük vəsait tələb edir. Belədə faktiki olaraq, Azərbaycan dövləti elə hər bir ölkə vətəndaşı üçün həmin vəsaiti ayırmış vəziyyətdədir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...