Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar - FOTO
20:15 / 17.03.2020
6004
Alimlər yuyulan əllərin əslində necə göründüyünü ultrabənövşəyi kameranın köməyi ilə çəkiblər, həmçinin koronavirusdan qorunmaq üçün düzgün yuyunma üsulunu paylaşıblar.
Sfera.az xəbər verir ki, eksperiment iştirakçısı mikrobların ələ necə yapışdığını imitasiya edən xüsusi gellə əllərini silib.
Bildirilir ki, koronavirus kimi mikrobların ölçüsündə zərrəciklərin mövcud olduğu şəffaf gel ultrabənövşəyi şüaların altında işıq saçır. Təqdim olunan görüntülərdə əllər nə qədər açıq rəngdədirsə, bir o qədər çirklidir.
Mütəxəssislər bildiriblər ki, insanların dörddə biri sadəcə üç saniyə ərzində əllərini yuyur və silkələyir, qurutmur. Ancaq fotolardan görünür ki, bu kifayət eləmir. Üstəlik, mikroblar nəmli əllərdə daha yaxşı qalır, buna görə, əlləri silmək lazımdır.
Orta hesabla əllər altı saniyə yuyulur. Bununla bağlı dərc olunan fotoda görünür ki, belə yumadan və qurutmadan sonra dəridə işıqlı hissələr nisbətən azalır, lakin bu da mikrobların effektiv təmizlənməsi üçün kifayət deyil.
Əllərin yuyulmasında ən vacib amil sabundan istifadədir. Sabun bakteriyaları öldürmür, sadəcə onlardan xilas edir.
Əlləri sabunla 30 saniyə yumaq, dırnaqların altını, barmaqların arasını sürtmək lazımdır. Əgər sabun əlçatmazdırsa, spirt əsaslı dezinfeksiya vasitəsindən istifadə etmək lazımdır.
Bu vasitələrdən potensial çirklənmiş səthlərə hər toxunduqdan sonra istifadə edilməlidir. (oxu.az)