Nadir Qafarzadə İlhamə Quliyevanın mirasına göz dikib - VİDEO

Nadir Qafarzadə İlhamə Quliyevanın mirasına göz dikib - VİDEO
Müğənni Nadir Qafarzadə mərhum xalq artisti İlhamə Quliyeva ilə virtual duet ifa edib.
 Bu barədə Sfera.az-a açıqlama verən ifaçı bildirib ki, xalq artistinin illər öncə ifa etdiyi "Unuda bilməzsən” adlı bəstəni lentə aldırıb:
"İlhamə xanım dünyasını dəyişməsinə hələ də inana bilmirəm. Düşünürəm ki, bu yuxudur. Vəfat etməmişdən qabaq telefonda danışmışdıq, məni evinə dəvət etmişdi. Duet ifa etməyi də planlaşdırmışdıq. Amma əcəl imkan vermədi. Qismətdə dünyasını dəyişəndən sonra onunla virtual duet oxumaq var imiş. Onu da deyim ki, İlhamə xanım sağ olanda bir çox şou əhli onun qarşısında at oynada bilmirdi. Amma indi bəzi şou-biznes nümayəndələrinin ürəyi açılıb. Həmin adamlara demək istəyirəm ki, ixtiyarınız var idisə, sağ olanda nəsə deyərdiniz. Ölünün dalınca pis danışmaq olmaz. Hətta bəziləri İlhamə xanımla miras davasına çıxmağa da cəhd edir. Onun bizə miras qalan mahnılarıdır. Mən İlhamə xanımın bu mirasına illərdir göz dikmişəm. Düşünürəm ki, onun bu musiqi mirası daim bizimlə olacaq. Virtual duet ifa etdiyimizə görə, İlhamə xanımın ruhu şad olacaq. Çünki sağlığında mənlə duet oxumağa razılıq vermişdi”.

Qeyd edək ki, "Unuda bilməzsən” adlı bəstənin sözlər Xanım İsmayılqızına, musiqisi Novruz Aslana məxsusdur.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır - Kaya Kallas

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış edir.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu...

Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.   Sfera.az xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu...

Gəlini aparmağa traktorlarla gəldilər – FOTO

Ağdamda keçirilən toy mərasimi zamanı bəy qız evinə traktor karvanı ilə gedib.   Sfera.az xəbər verir ki, rayonun Qaradağlı kəndində təşkil olun...

Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: "Ayıbdır, utanmırsan?"

"Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırsan. Sənin Azərbaycan musiqisindən xəbərin yoxdur".   Sfera.az xəbər ve...

Dördüncü Hindistan-Pakistan müharibəsi olacaqmı? - Gərginlik pik həddə çatıb

Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini atəşkə...

Prezident və ailəsi kilsədə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı i...