Toyda qan töküldü: Yaralılar var - Azərbaycanda

Kriminal
17:19 / 15.03.2020
17361
Zərdabda iki nəfər bıçaqlanıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Şahhüseyinli kəndində keçirilən toy mərasimi zamanı baş verib.
Belə ki, kənd sakinləri Qarazadə Şəmsi Böyükəli oğlu və Qarayev Rəşad Qara oğlu kənddə keçirilən toy məclisində həmkəndliləri Babayev Əqdəm Abdulməcid oğlu ilə aralarında yaranan mübahisə zamanı Ə.Babayev tərəfindən bıçaqlanıblar.
Hər iki yaralı Zərdab rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıdakı xəstəxanalardan birinə aparılıblar.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)