Orta məktəb direktorları və müavinlərinin fəaliyyəti stimullaşdırılacaq
Gündəm
10:20 / 09.03.2016
2652
Azərbaycanda ümumtəhsil məktəbləri rəhbərlərinin fəaliyyəti işin həcmindən və keyfiyyət göstəricisindən asılı olaraq, stimullaşdırılacaq.
Sfera.az bildirir ki, Trend-in "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat"a istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin təklifləri əsasında "Dövlət ümumi təhsil müəssisələrinin direktorunun, direktorun tədris (təlim-tərbiyə) işi, lisey (gimnaziya) və digər profil üzrə müavinlərin aylıq vəzifə maaşlarına əlavələrin və birdəfəlik mükafatın müəyyən edilməsi haqqında" qərar layihəsi hazırlanıb.
Layihənin hazırlanmasında əsas məqsədlərdən biri ümumi təhsilin keyfiyyətinin yüksəldilməsidir.