Son dəqiqə! Mübariz Mənsimov həbs olundu

Son dəqiqə! Mübariz Mənsimov həbs olundu
"Palmali Holdinq"in sahibi, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyədə həbs olunub.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.

İddia olunub ki, İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində azərbaycanlı iş adamı səhər saatlarında İstanbul Maliyyə Cinayətlərinə qarşı Mübarizə şöbəsi tərəfindən saxlanılıb. Mənsimovun adresində axtarış aparılıb.

İddiaya görə, Mübariz Mənsimov FETÖ ilə əməkdaşlıqla ittiham olunur.


OXŞAR XƏBƏRLƏR