"Biz imkan verə bilmərik ki, o zaman torpaqlarımızı itirdiyimiz kimi..."

 
Qüdrət Həsənquliyev: ""Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmalıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

Qüdrət bəy, koronovirusa qarşı hökumətin qəbul etdiyi son qərarlara münasibətinizi bilmək istərdik...

Azərbaycan Respublikası hüquqi dövlətdir və bizdə vətəndaşların hüquq və azadlıqları Konstitusiya və digər qanunlarla qorunur. Onların məhdudlaşdırılması zamanı Nazirlər Kabineti konkret hüquq normalarına istinad etməlidir. Ona görə də təklif edirəm ki, ölkədə fövqəladə vəziyyət elan edilsin. Artıq İspaniyada və ABŞ-da bu məqsədlə fövqəladə vəziyyət elan olunub. Ölkədə karantin elan olunması, vətəndaşların hüquqlarının məhdudlaşdırılması üçün "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmalıdır. Düşünürəm ki,  fövqəladə vəziyyətin elan olunması həm də bank-maliyyə sektorunda sabitliyi təmin etmək üçün zəruridir. Çünki bu zaman maliyyə-iqtisadi fəaliyyyətin həyata keçirilməsi "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmaqla mədudlaşdırılmalı, gündəlik təlabat mallarının bölüdürülməsində xüsusi rejim tətbiq olunmalıdır. Bununla eyni vaxtda əhali sakitləşsin deyə, milli valyutanın qorunacağına dair söz vermək yox, Qanun qəbul etmək lazımdır.

Bizim xalqımız soyuqqanlı yox, emosionaldır. Biz Qarabağ uğrunda savaşda bəzi royonları ona görə itirdik ki, müəyyən daxili və xarici düşmənlər əhali arasında panika, təşviş yaratdı. İndi də eyni şeylər baş verir, amma başqa müstəvidə. Ona görə də inandırma yolu ilə əhalinin dollar alışının qarşısını almaq mümükün olmayacaq. Biz imkan verə bilmərik ki, o zaman torpaqlarımızı itirdiyimiz kimi, indi də ölkənin iqtisadiyyatını çökdürüb, onu defolt vəziyyətinə salsınlar. Əhali də bilməlidir ki, onlar kütləvi şəkildə dollar almaqla iqtisadiyyata ciddi ziyan vururlar və bank-maliyyə sektoru çöksə, onların dəyişdirdiyi dollar onların köməyinə çatmayacaq və biz ağır sınaqlarla üz-üzə qalacağıq.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...