Prezident komissiyanın yeni tərkibini təsdiq etdi

Prezident komissiyanın yeni tərkibini təsdiq etdi
 

Prezident İlham Əliyev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncamda deyilir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilir:

Komissiyanın sədri

Azərbaycan Respublikasının Mədəniyyət naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sədrinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

ICESCO İcraiyyə Şurasının üzvü, Milli Komissiyanın Baş katibi.

"İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 1685 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 94) 1-ci hissəsi ləğv edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcək

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcək.     Sfera.az bildirir ki, APA-nın İstanbul...

Xankəndi zirvə görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünü izlədikcə, bir daha fərqinə varırsan ki, 44 günlük Vətən müharibəsində əldə etd...

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...