Türkiyədə silahlı şəxs ticarət mərkəzinə hücum etdi - VİDEO

15:15 / 12.03.2020
4133
Türkiyənin İzmir şəhərində silahlı şəxs ticarət mərkəzinə hücum edib.
Sfera.az xəbər verir ki, hadisə Bornova rayonunda yerləşən ticarət mərkəzində baş verib.
Əlində tüfəng olan bir nəfər atəş açıb. Əraziyə cəlb edilən polislər ticarət mərkəzində olan insanları təxliyə ediblər.
Silahlı şəxs tutularaq polis idarəsinə aparılıb.