Bu layihənin tətbiqi avtobusların tıxacda qalmasını minimuma endirəcək - RƏY

Bu layihənin tətbiqi avtobusların tıxacda qalmasını minimuma endirəcək - RƏY
 

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatın hərəkəti üçün Bakının 19 küçəsində xüsusi zolaqların yaradılması ilə bağlı təkliflər hazırlayıb.

Bu təkliflərin bir hissəsi Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən müsbət rəy alıb.

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev "MediaPost"a bildirib ki, sözügedən yeniliyin tətbiqi avtobus marşrutlarının dayanmadan hərəkətini təmin edəcək:

"Layihənin icrası ilə 3-4 zolaqlı avtomobil yolunun bir zolağı yalnız avtobuslar üçün ayrılacaq. Təbii ki, burada əsas məsələ digər nəqliyyat vasitələrinin bu zolağa daxil olmasının qarşısını almaqdır. Əgər bu məhdudiyyət təmin olunarsa, tıxac və nəqliyyat sıxlıqlarında şəxsi avtomobillərdən və digər nəqliyyat vasitələrindən fərqli olaraq avtobus marşrutlarının dayanmadan hərəkəti təmin olunacaq, . Bu da zəncirvari olaraq avtobus marşrutlarının normal interval ilə hərəkəti üçün şərait yaradacaq".

Ekspert bu layihənin ictimai nəqliyyata marağı artıracağına da diqqət çəkib:

"Gün ərzində Bakı küçələrində 500 min şəxsi avtomobil hərəkət edir. Əgər ictimai nəqliyyat həm sürət, həm də keyfiyyət baxımından əlverişli olarsa, həmin şəxslərin əksəriyyəti şəxsi avtomobil ilə hərəkətdən imtina edərək ictimai nəqliyyata üz tutacaq. Belə ki, saatlarla tıxaclarda vaxt itirmək istəməyən şəxslər avtobus zolaqları ilə intensiv hərəkət edən avtobuslara maraq göstərəcək. Çünki bu gün insanlar üçün vaxt daha önəmli amilə çevrilib".

R. Ağamirzəyev əlavə edib ki, sözügedən layihə kompleks tədbirlər planının bir hissəsidir: "Ayrılmış zolaqlar, avtobus parkının yenilənməsi, şəhərin daxilində parklanma yerlərinin qismən yüksək qiymətlə müəyyən olunması insanların prioritetlərini dəyişmələri üçün stimul olacaq".


OXŞAR XƏBƏRLƏR

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...