Azərbaycan millisi Polşaya məğlub oldu
İdman
21:15 / 11.03.2020
5689
Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.
Sfera.az report-a istinadən xəbər verir ki, D qrupunda yer alan yığma 4-cü sınağında Bakıda Polşa seçməsi ilə qarşılaşıb. "ASK Arena"dakı görüş qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçi olduğu yığma buna qədər qrupda keçirdiyi oyunlarda İspaniya və Çexiyaya 0:4, Belarusa isə 1:3 hesabı ilə uduzub.
AVRO-2021
Seçmə mərhələ, IV tur
D qrupu
11 mart
18:00. Azərbaycan - Polşa - 0:5
Qollar: Eva Pajor, 19, 90+1, Aleksandra Şikora, 44, 90+3, Agata Tarjinska, 90
Azərbaycan: 1. Aytac Şərifova (k) 3. Jalə Məhsimova 4. Nigar Mirzaliyeva 5. Ayşən Əhmədova 10. Kristina Bakarandze 13. Nərgiz Hacıyeva 14. Nazlıcan Parlak 17. Mislina Gözükara 18. Alina Dorofeyeva 21. Aysun Əliyeva 23. Yeliz Acar
Ehtiyat oyunçular: 12. Elvira Əsgərzadə 22. Nərgiz Əliyeva 2. Neslihan Bozkaya 6. Rövşanə Sərdarlı 7. Coşqunə Əliyeva 8. Firəngiz Teymurova 11. Aytac Nemətova 15. Kamilla Məmmədova 16. Salome Qasviani 20. Roza Quliyeva
Baş məşqçi: Siyasət Əsgərov
Polşa: 1. Katarzina Kiedrzinek (k) 3. Gabriela Grzivinska 4. Paulina Dudek 5. Aleksandra Şikora 7. Malgorzata Mesjaş 8. Natalia Çudzik 9. Eva Pajor 13. Patricsia Balcerzak 15. Katarzina Dalezçik 16. Dominika Grabovska 21. Emilia Zdunek
Ehtiyat oyunçular: 12. Anna Szymanska 22. Monika Sovalska 2. Martina Viankovska 6. Silvia Matişik 10. Agata Tarjinska 11. Evelina Kamçzik 14. Malgorzata Grec 17. Olqa Zubçik 18. Veronika Zavistovska 19. Nikola Karjevska 20. Julia Matuşevski 23. Adriana Açinska
Baş məşqçi: Miloş Stepinski
Baş hakim: Kristiana Mariana
Yan xətt hakimləri: Petruta Luqulesku, Daniela Konstantinesku
Dördüncü hakim: Luliana Demetresku (hakimlər briqadası Rumıniyadandır)
UEFA nümayəndəsi: Marta Atsori (İtaliya)