Dünyanın ən yaşlı futbolçusu qol vuraraq tarixə düşdü
İdman
12:14 / 10.03.2020
2514
Misirin "6th October" klubunda çıxış edən Ezz Əl-Din Bahadır rekorda imza atıb.
Sfera.az xəbər verir ki, 75 yaşlı futbolçu Misirin 3-ci liqasının son turu çərçivəsində keçirilən "Genius"la matçda (1:1) penaltidən qol vurub. Futbolçu zədəli olmasına baxmayaraq, ilk matçnda 90 dəqiqə meydanda olub. Bununla da o, rekorda imza atıb və qol vuran ən yaşlı peşəkar futbolçu olub.
Bahadır "Ginnesin rekordlar kitabı"na düşməsi üçün daha 1 matçda 90 dəqiqə oynamalıdır. Belə olan halda, futbolçu israilli İsaak Hayikə məxsus olan ən yaxşı yaşlı futbolçu rekordunu qıracaq.