İtaliyada bütün ölkə karantinə alındı

İtaliyada bütün ölkə karantinə alındı
Son gün ərzində İtaliyada koronavirusa yoluxma hallarının sayı demək olar 2 000, ölənlərin sayı təxminən 100 nəfər artıb.

Sfera.az Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, virusa yoluxanlardan 102-si sağalıb və onların ümumi sayı 724 nəfərə çatıb. "Həmçinin biz 96 ölüm hadisəsini qeydə aldıq. İndi ümumi say 463 nəfərdir", - Borelli keçirdiyi brifinqdə qeyd edib. 

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının ümumi sayı ölənlər və sağalanlar da daxil olmaqla, 9 172 nəfərə çatıb. İtaliya baş naziri aprelin 3-nə qədər ölkədə karantin elan edib. Bütün məktəb, universitetlər bağlanıb. O heç kimin evdən çıxmamasını istəyib.

Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. 

OXŞAR XƏBƏRLƏR