AFFA-dan koronavirusla bağlı yeni qərar
İdman
15:10 / 09.03.2020
8316
Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədiylə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Sfera.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, Məktəbli kubokunun, həmçinin Region Liqası turnirinin oyunlarının təxirə salınması müddəti 2020-ci il martın 27-dək uzadılıb.