Tolik bağlanan verilişindən danışdı - “Müğənnilərin tərbiyəsizliyinin qurbanı oldum”

Tolik bağlanan verilişindən danışdı - “Müğənnilərin tərbiyəsizliyinin qurbanı oldum”
 Prodüser Tolik "Hər şey daxil” verilişinin bağlanmasından danışıb.
 
Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, o, Ruhi Əliyevanın təşəbbüsü ilə çəkilən "Ağır Romantik” filminin qala gecəsində, jurnalistlərin suallarını cavablandırıb.

 

"Elza xanım canlı yayıma bağlanmaq istədi və mən bunu təşkil etdim. O, Mətanət Əsədovanın oxuduğu mahnıdan bir sitat gətirdi. "At ilə ulaq məsələsi”. O, "Mətanət xanım at ola-ola, özünü ulaq yerinə qoyub” ifadəsini işlətdi, bu da Mətanət xanımın xoşuna gəlmədi. O da Elza Seyidcahana qarşı qeyri – etik söz istifadə etdi. Buna görə də Murad müəllim veriliş bitən kimi  böyük bir iclas etdi. İclasda verilişin bağlanmasına qərar verildi. Əsas hər şey yaxşı bitdi. Çox xoşbəxtəm ki,  mən yenə də "Xəzər” ailəsinin üzvüyəm ”,- deyə o, bildirib.

 

Sonda Tolik müğənnilərə ismarıc göndərməyi də unutmayıb.

 

"Buradan müğənnilərə demək istəyirəm ki, mən sizin hər birinizi yaxşı tanıyıram, iç üzünüzü bilirəm. Amma bu dəfə mən sizin qurbanınız oldum. Sizin tərbiyəsizliyinizin qurbanına çevrildim”, - deyə prodüser vurğulayıb.

 

Qeyd edək ki, "Hər şey daxil” verilişində Elza Seyidcahan və Mətanət Əsədova arasında qalmaqal yaşanıb. Bundan sonra kanalın rəhbəri Xalq artisti Murad Dadaşov verilişin bağlanması haqqında qərar verib.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...