Tolik: "Mənim verilişim niyə bağlanmalıdır?"

Tolik:
Bu gün Xəzər TV-də yayımlanan "Hər Şey Daxil” proqramında müğənnilər arasında yaşanan gərginlikdən sonra verilişin bağlandığı barədə xəbərlər yayılıb.
Sfera.az xəbər verir ki, sözügedən proqramın aparıcısı Tolik BAKU.WS-ə açıqlamasında yayılan xəbərlərin reallığı əks etdirmədiyini bildirdi.

"Mən işimdəyəm və yerimdə oturmuşam. Heç kim məni işdən çıxartmayıb. Başa düşə bilmirəm, mənim verilişim niyə bağlanmalıdır? Birazdan bazar ertəsinin anonslarını paylaşacağıq. Yalan söhbətdir". 

Xatırladaq ki, proqramda qonaq olan müğənnilər Manaf Ağayevlə Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın "gəncləri korlayan Manaflar, Mətanətlər var” fikrinə münasibət bildiriblər. Manaf Ağayev canlı efirdə bəstəkar-müğənnini təhdid edib: "Onun oxumağı var ki? Yaxşı oxuyan olsa, toya gedər. Bu, mənim janrımdır, oxu tərzimdir. Fəxr edirəm ki, oxuyuram. Elza xanım, sizə heç nə demirəm. Çünki kişiyəm. Kaş, sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum. Yediyim çörəyə tüpürmürəm, sizin evinizdə olmuşam. Qadınla nə danışım? Ona nə deyim?”
Əməkdar artist Elza Seyidcahan verilişə zəng edərək ona cavab verib: "Koronavirus necə yayılıbsa, musiqidə də elə virus yayılıb. Siz də musiqidə koronavirusa düşmüsünüz. Həm kişilər kişisiyəm, həm xanımlar xanımıyam. Manaf, mənimlə kişi kimi danışırsınızsa, hara deyirsiz gəlim, danışın".

Onun bu sözləri Mətanəti əsəbiləşdirib və Əməkdar artistlə tərbiyəsiz tərzdə danışıb: "Bir dəqiqə, ay qız. Onun səsini kəsin. Danışma Elza, telefonu söndür. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq özünsən. Ya durub gedəcəm, ya saxlayın səsi. Elza, məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar, Əməkdar artist adın sənə haram olsun. Utanmırsan, ulaqdan, atdan danışırsan? Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Təkbətək görüş. Uzaqbaşı məni məhkəməyə verəcəksən. Amma çaşma".

M. Əsədovanın emosional çıxışından sonra efirdən onun səsi kəsilib və reklam fasiləsi verilib.

OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...