"SOCAR Media" "Xəzər TV"nin payını alıb

Cəmiyyət
17:56 / 05.03.2020
4835
Bu gün "Xəzər TV" MMC-nin təsis paylarının "SOCAR Media" tərəfindən alınması barədə sənəd imzalanıb.
"Report" xəbər verir ki, "Xəzər TV"nin yeni rəhbəri Murad Dadaşov "SOCAR Media"nın sədri Xalik Məmmədov tərəfindən kollektivə təqdim edilib.
Qeyd edək ki, "SOCAR Media" İctimai Birliyi SOCAR-ın təsisçiliyi ilə yaradılıb.