AVRO-2020-nin rəsmi talismanı Bakı gəzintisinə başladı

AVRO-2020-nin rəsmi talismanı Bakı gəzintisinə başladı
 

Bu gün - futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalmış AVRO-2020-nin rəsmi talismanı, "Skillzi” çempionatın Bakı şəhəri üzrə fristaylerləri - veteran futbolçu Nuqzar Kvirtiya və Kader Alimova ilə birlikdə paytaxt gəzintisinə çıxıb. 

Yerli Təşkilat Komitəsindən verilən məlumata görə, "Skillzi” və dostlarının "küləklər” şəhərindəki sərgüzəştləri paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Əlamətdar gündə baş tutan bu gəzinti paytaxta xüsusi rəng qatıb. "Skillzi” və dostları gəzintilərinə Bakının mərkəzindən - Nizami küçəsindən başlayıblar. Daha sonra "küləklər şəhəri”nin tarixi yerlərindən olan İçərişəhərə gedən dostlar Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah, Yanardağ kimi turistik yerlərə, eləcə də bir sıra muzeylərə baş çəkiblər.

Qeyd edək ki, talismanın adı ingilis dilində "bacarıq” mənasını daşıyan "skills” sözündən götürülüb. "Bacarıqlı oğlan” ilk dəfə bu il martın 24-də Niderland və Almaniya arasında matç zamanı təqdim edilib.

A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimi:

13 iyun, saat 17:00

Uels - İsveçrə

17 iyun, saat 20:00

Türkiyə - Uels

21 iyun, saat 20:00

İsveçrə - Türkiyə

4 iyul, saat 20:00

¼ final oyunu


OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...