Təyyarədə təşviş: Stüardessalar sərnişinin sərxoşluğunu koronovirusla səhv saldılar - FOTO-VİDEO

Təyyarədə təşviş: Stüardessalar sərnişinin sərxoşluğunu koronovirusla səhv saldılar - FOTO-VİDEO
 

Sinqapurdan Londona uçan təyyarənin stüardessaları sərnişinin sərxoşluğunu koronovirusla səhv salaraq göyərtədə təşviş yaranmasına səbəb olublar.

Sfera.az xəbər verir ki, uçuşdan bir gün əvvəl 26 yaşlı britaniyalı tələbə Culiya Valentin rəfiqəsi Dino ilə səhərə qədər əylənərək içki qəbul ediblər. Uçuş vaxtı qız özünü pis hiss edib və stüardessadan "Paracetamol” (qızdırma dərmanı) istəyib.

Bundan sonra aivaşirkətin əməkdaşları həyəcan keçirməyə başlayıb. Onlar Valentini maska geyinməyə məcbur edib, digər sərnişinlərdən kənar əyləşdirib və hər yarım saatdan bir temperaturunu ölçüblər.

Hitrou Beynəlxalq Aeroportunda enişdən sonra isə qızı müdafiə geyimində olan tibb işçiləri və yanğınsöndürənlər qarşılayıb. O, 14 gün müddətinə karantinə alınıb.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...