Naxçıvanda da ümumtəhsil və peşə məktəbləri bağlanıb

Təhsil
16:40 / 03.03.2020
2465
Mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.
Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.