"Trabzonspor" Starriclə yollarını ayırdı

İdman
14:45 / 02.03.2020
3023
Türkiyənin "Trabzonspor" klubu hücumçusu Deniel Starriclə yollarını ayırıb.
Sfera.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
İngiltərə millisinin sabiq üzvününü müqavilə müddəti 2021-ci ilin yayında bitirdir. O, mövsümün əvvəlində "Liverpul"dan ayrıldıqdan sonra "bordo-mavililər"ə keçmişdi.
Starric bu mövsüm 16 oyunda 7 qol vurub, 4 assist edib.