İlhamə Quliyevanın mənzilinə və brilyantlarına həbs qoyuldu

İlhamə Quliyevanın mənzilinə və brilyantlarına həbs qoyuldu
Hüquq-mühafizə orqanları mərhum xalq artisti İlhamə Quliyevanın əmlakına həbs qoyublar.
Sfera.az xəbər verir ki, bunu virtualaz.org-a xalq artistinin qohumu, tanınmış müğənni Əli Mirəliyev deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları İlhamə Quliyevanın oğluOrxan Nadirovdan tələb ediblər ki, mərhuməyə məxsus mənzilin açarlarını təhvil versin və maşını avtodayanacağa qoysun. İlhamə Quliyevanın bahalı əşyalarını saxladığı seyf isə blomblanıb.
Ə.Mirəliyev deyib ki, İ.Quliyevanın əmlakına qoyulan həbs bütün təfərrüatlar araşdırılana qədər qüvvədə olacaq. Onun sözlərinə görə, bu, xalq artistinin özündən sonra vəsiyyətnamə qoymaması ilə bağlıdır.
İ.Quliyevanın əmlakına həbs qoyulması xəbərini virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı mənbələri təsdiq etməyiblər. Bununla belə bildirilib ki, bütün əmlak müvafiq qaydada qeydiyyata alınıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır - Kaya Kallas

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış edir.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu...

Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.   Sfera.az xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu...

Gəlini aparmağa traktorlarla gəldilər – FOTO

Ağdamda keçirilən toy mərasimi zamanı bəy qız evinə traktor karvanı ilə gedib.   Sfera.az xəbər verir ki, rayonun Qaradağlı kəndində təşkil olun...

Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: "Ayıbdır, utanmırsan?"

"Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırsan. Sənin Azərbaycan musiqisindən xəbərin yoxdur".   Sfera.az xəbər ve...

Dördüncü Hindistan-Pakistan müharibəsi olacaqmı? - Gərginlik pik həddə çatıb

Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini atəşkə...

Prezident və ailəsi kilsədə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı i...